Səudiyyə Ərəbistanı Yaponiya ilə bütün sahələr üzrə əməkdaşlığı inkişaf etdirəcək

Səudiyyə Ərəbistanı Yaponiya ilə bütün sahələr üzrə əməkdaşlığı inkişaf etdirəcək

10 May 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanı Yaponiya ilə bütün sahələr üzrə əməkdaşlığı inkişaf etdirəcək.

May ayının 20-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun Yaponiyaya səfəri başlayacaq.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuata açıqlamasında bəyan edib. Onun sözlərinə görə, səfər çərçivəsində Məhəmməd bin Salman Əl Səud imperator Naruhito və baş nazir Fumio Kişida tərəfindən qəbul ediləcək.

Danışıqlarda əsas müzakirə hədəfi iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən Yaxın Şərqdəki vəziyyət olacaq.

Oxuməni.az