Artıq “Eurovision 2024” finalının bütün iştirakçılarının adları məlumdur

Artıq “Eurovision 2024” finalının bütün iştirakçılarının adları məlumdur

10 May 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçin Malmö şəhərində “Eurovision 2024” musiqi müsabiqəsinin ikinci yarımfinalı keçirilib. Çox rəqabətli keçən seçim nəticəsində 10 ölkə finala yüksəlməyi bacarıb.

Musiqiçilər Malmö Arena kompleksinin səhnəsində ümumilikdə 16 musiqi ifa ediblər. Finala çıxan musiqiçilər bəlli olub. Gürcüstandan Nutsa Buzaladze, Ermənistandan Ladaniva, İsraildən Eden Qolan, Latviyadan Dons, İsveçrədən Nemo Mettler, Avstriyadan Kaleen, Hollandiyadan Joost Klein, Norveçdən Gate, Marina Yunanıstandan Sutti, Estoniyadan 5MIINUST x Puuluup. Məlumatı xarici mətbuat yayıb.

Oxuməni.az