Slovakiyada Ukrayna ilə həmrəylik güclənir

Slovakiyada Ukrayna ilə həmrəylik güclənir

10 May 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Slovakiyada yerli əhali Ukrayna ilə həmrəylik nümayiş etdirib. Belə ki, əhali Ukraynadakı silah çatışmazlığını nəzərə alaraq adı çəkilən ölkəyə hərbi ehtiyaclarını ödəmək üçün 4 milyon avro yardım yığıb.

Bununla bağlı "DennikN" qəzetinin yazdığına görə, ölkə prezidenti Zuzana Çaputova bu barədə Ukrayna prezidenti Zelenskiyə məlumat verəcək.

Qeyd edək ki, Çaputova Ukraynaya hərbi yardım göstərilməsini dəstəkləyir və bunu dəfələrlə bəyan edib.

Oxuməni.az