Utilizasiya üçün nəzərdə tutulan raketlər Ukraynaya göndərilib

Utilizasiya üçün nəzərdə tutulan raketlər Ukraynaya göndərilib

10 May 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa utilizasiya üçün nəzərdə tutulan raketləri Ukraynaya göndərib.

Bu barədə RFİ nəşrinin yaydığı məlumatda bildirilib. Qeyd edilir ki, Fransa utilizasiya üçün nəzərdə tutulan SCALP raketlərini cüzi təmirdən sonra yenidən istifadə edilmək üçün Ukraynaya verib. Bunun bir qismindən döyüşdə istifadə etmək mümkün olub.

Öz növbəsində Ukrayna Müdafiə nazirliyi onlara Fransa tərəfindən utilizasiya üçün nəzərdə tutulan silahları verməsindən əvvəlcədən xəbərdar olduqlarını bəyan edib.

Nazirliyin sözçüsü deyib ki, bizdə silah çatışmır və hətta daş belə versələr ondan düşmənə qarşı istifadə etməyə çalışacağıq.

Oxuməni.az