BMT Trampın Ağ Evə qayıtmasından narahatdır

BMT Trampın Ağ Evə qayıtmasından narahatdır

8 Noyabr 18:21
Bəyəndim (0) Bəyənmədim (0)


Birləşmiş Millətlər Təşkilatı Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən narahatdır. Bunun bir neçə səbəbi var.

BMT-nin əsas narahatlığı Trampın BMT-yə ayrılan maliyyəni kəsə bilməyəcəyi ilə bağlıdır. Bundan əlavə, Vaşinqton Ümumdünya Səhiyyə Təşkilatı və Paris İqlim Sazişi də daxil olmaqla, əsas beynəlxalq müqavilə və qurumlardan çıxa bilər.

Hazırda BMT-nin ən böyük donoru ABŞ-dır, ikinci yerdə isə Çindir. Vaşinqton BMT-nin əsas büdcəsinin 22%-ni və sülhməramlı büdcənin 27%-ni ödəyir.

Qeyd olunur ki, prezident Co Bayden administrasiyasının BMT-nin əsas büdcəsinə 995 milyon dollar, sülhməramlı əməliyyatlar üçün büdcəyə isə 862 milyon dollar borcu var. Birləşmiş Ştatlar təşkilata ayrılan maliyyəni azaldacaqsa, o zaman öz əsas funksiyalarından bəzilərini həyata keçirə bilməyəcək.

Oxuməni.az