Bu ölkədə qızların evlilik yaşı 9-a endirilir

Bu ölkədə qızların evlilik yaşı 9-a endirilir

12 Noyabr 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

İraqda hakimiyyətdə olan iqtidar koalisiyası qızların evlilik yaşını 9-a endirən qanun layihəsini qəbul etməyə hazırlaşır. Parlament yeni qanunu “əxlaqsız münasibətlərdən” qorunmaq üçün effektiv olacağı ilə əsaslandırıb.

Ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları parlamentin bu addımını sərt şəkildə qınayıb. Əgər yeni qanun layihəsi qüvvəyə minərsə, İraq qadınları üçün minimum evlilik yaşı 18-dən 9-a enəcək.

İraq əhalisi sözügedən qanundan olduqca narazıdır. Paytaxt Bağdad başda olmaqla, bir sıra iri şəhərlərdə etiraz aksiyaları təşkil olunub.

Oxuməni.az