Ukraynada seçkilər 25 may 2025-ci ildə keçirilə bilər
Ukraynada seçkilər 2025-ci il mayın 25-də baş tuta bilər.
Britaniyanın “Economist” jurnalı yazır ki, Kiyev ölkədəki əhval-ruhiyyənin aşağı düşməsi səbəbindən belə bir addım atmağa qərar verib.
“Ukraynada əhval-ruhiyyə aşağı düşdükcə, rəhbərlik dəyişikliyindən danışılır”, - məqalədə deyilir.
Nəşrin qeyd etdiyi kimi, Vladimir Zelenskinin ofisi seçkilərlə bağlı bəzi hazırlıq işləri artıq başlayıb. Jurnalın məlumatına görə, regional seçki qərargahları səfərbər olunub və namizədlərin siyahıları üzərində iş başlayıb.
Jurnal hesab edir ki, seçki keçirilsə, Zelenskinin qalib gəlməsi çətin olacaq, çünki o, müharibəni uduzmaq təhlükəsi ilə üzləşib.
Oxuməni.az
Digər xəbərlər