Novosibirsk vilayətində qaçan 10 hərbçi axtarılır
Novosibirsk vilayətində əvvəllər hərbi hissəni icazəsiz tərk etmiş on hərbçi axtarılıq. Bu barədə vilayətin Koçenevski rayonunun rəhbəri Yevgeni Antipov öz Telegram kanalında məlumat verib.
İlkin məlumata görə, hərbçilər bölməni tərk etdikdən sonra taksi ilə naməlum istiqamətə gediblər. Hazırda onlardan dördü artıq saxlanılıb, qalan altı nəfər isə axtarışdadır.
Sentyabrın sonunda Rusiya Daxili İşlər Nazirliyinin Armavir şəhəri üzrə idarəsinin hərbi hissədən qaçan hərbçini axtarışa verdiyi bildirilir. İdarədən verilən məlumata görə, 52 yaşlı hərbçi Vasili Kudryavtsev xidməti tərk edib.
Sentyabrın 3-də 72.ru portalı məhkəmənin xüsusi hərbi əməliyyatda iştirak edən tümenli müqaviləli əsgəri fərariliyə görə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etdiyini bildirib.
Oxuməni.az