Teyşeyra 15 il həbs cəzasına məhkum edildi
Keçən il Pentaqonun tarixində ən böyük məxfi sənədlərin sızmasına yol vermiş ABŞ Milli Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra 15 il həbs cəzasına məhkum edilib, BBC xəbər verir.
22 yaşlı Teyşeyra mart ayında milli müdafiə məlumatlarını bilərəkdən saxlamaq və ötürməkdə günahını etiraf edib.
Massaçusetsdəki Milli Hava Qvardiyasının 102-ci Kəşfiyyat Qanadında olarkən Teyşeyra ABŞ müttəfiqləri haqqında xəritələr, peyk şəkilləri və kəşfiyyat məlumatları daxil olmaqla məxfi materiallara giriş əldə etdi və sonra sənədləri Discord onlayn platformasında yerləşdirdi.
Onun qapalı qrup üzvləri ilə bölüşdüyü sənədlər arasında Ukraynadakı hərbi əməliyyatlarla bağlı məxfi məlumatlar da olub.
Oxuməni.az
Digər xəbərlər