
Hindistanın şimalında klinikada baş verən yanğında on yeni doğulmuş körpə ölüb
Hindistanın şimalındakı Uttar Pradeş əyalətindəki Maharani Lakshmi Bai Tibb Kollecinin klinikasında baş verən yanğında on yeni doğulmuş körpə ölüb, Indian Express xəbər verir.
Səbəbi hələ dəqiqləşdirilməyən yanğın ötən gün səhər saatlarında baş verib. Tibb işçiləri mümkün qədər çox uşağı xilas etmək üçün şüşələri sındırıblar. Nəticədə 39 nəfər körpəni xilas etmək mümkün olub.
Uşaqların xilas edilməsi və yanğının söndürülməsi zamanı bir neçə tibb bacısı yanıq xəsarəti alıb.
Hazırda yanğının səbəbləri araşdırılır.
Oxuməni.az
Digər xəbərlər