Çin Tayvana silah satışı ilə bağlı Ostin ilə görüşməyi rədd edir
Pekin Vaşinqtonun ABŞ-ın Tayvana silah satışı ilə bağlı noyabrın sonunda müdafiə nazirlərinin görüşünü təşkil etmək təklifini rədd edib. Bu barədə çərşənbə axşamı CNN məlumat yayıb.
Məlumata görə, Pentaqonun rəhbəri Lloyd Ostin daha əvvəl çinli həmkarı Dong Jun ilə Laosda ASEAN Plus müdafiə nazirlikləri rəhbərlərinin görüşü çərçivəsində danışıqlar aparmağı təklif edib. Lakin Pekin ABŞ-ın Tayvana son silah satışını əsas gətirərək bu təklifi qəbul etməyib. CNN-in qeyd etdiyi kimi, Çin “ABŞ-dan narazılığını” nümayiş etdirmək üçün müntəzəm olaraq “görüşləri ləğv edir və rabitə xətlərini kəsir”.
Oktyabr ayında Dövlət Departamenti NASAMS hava hücumundan müdafiə sistemləri və radar stansiyalarının Tayvana təxminən 2 milyard dollara mümkün satışını təsdiqləyib.
Noyabrın 17-də Çin prezidenti Si Sinpin Peruda ABŞ prezidenti Co Baydenlə görüşündə deyib ki, ABŞ Tayvan boğazında sülhü qorumaq istəyirsə, bu məsələyə ehtiyatlı yanaşmalı, Taypeyin müstəqilliyinə açıq şəkildə qarşı çıxmalıdır.
Oxuməni.az