İsveç Çin gəmisinin Baltik dənizində kabeli qırmasından şübhələnir

İsveç Çin gəmisinin Baltik dənizində kabeli qırmasından şübhələnir

20 Noyabr 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

İsveç Baltik dənizində iki sualtı kabelin zədələnməsində Çində qeydiyyatdan keçmiş Yi Peng 3 gəmisinin mümkün əli olduğunu araşdırır. Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsveç hər iki kabelin zədələnməsi ilə bağlı araşdırmaya başlayıb və “həmin vaxt oradan keçən Çin gəmisindən şübhələnirlər”.

Nəşr qeyd edir ki, kabellərin zədələnməsindən sonra gəmi Danimarka donanması tərəfindən də diqqətlə izlənilib.

Noyabrın 17-18-də Baltik dənizində iki kabel zədələnib. Biri Almaniyanı Finlandiya ilə, digəri isə İsveç və Litvanı ilə birləşdirir. Birinci kabel “Şimal axını” boru kəməri boyunca uzanır; İkinci kabelin zədələnməsi barədə daha sonra İsveçin Telia telekommunikasiya şirkətinin nümayəndəsi məlumat verib. İsveç prokurorluğu cinayəti təxribat kimi qəbul edərək, kabelin qırılması ilə bağlı ilkin araşdırmaya başlayıb.

Oxuməni.az