Çin Aya pilotlu eniş proqramının bəzi detallarını açıqladı

Çin Aya pilotlu eniş proqramının bəzi detallarını açıqladı

22 Noyabr 13:20
Bəyəndim (1) Bəyənmədim (0)


Çin, pilotlu Aya eniş proqramının bəzi təfərrüatlarını açıqladığı bir video yayımladı.
Cümə axşamı Çinin Pilotlu Kosmos Uçuşları Proqramı İdarəsi (CMSA) tərəfindən pilotlu kosmonavtika ilə bağlı akademik simpoziumda təqdim olunan animasiya videosu astronavtların Yerin təbii peykinin səthi boyunca lunoxoda* rəhbərlik etdiyini göstərdi və həmçinin üç günlük ekspedisiyasının Ayın eniş yerindən başlayacaq marşrutunu təqdim etdi.
Videoya görə, Çinin pilotlu Aya eniş missiyası insanlı Yer-Ay-Yer missiyaları, Ay səthində qısa müddətli qalma və insan-robot birgə kəşfiyyatı kimi əsas texnologiyaların mənimsənilməsinə yönələcək.
Aya missiya eniş, hərəkət, torpaq nümunəsinin toplanması, kəşfiyyat və Yerə qayıdış da daxil olmaqla müxtəlif missiyaları əhatə edir.
Çin 2030-cu ilə qədər pilotlu Aya enişini həyata keçirməyə hazırlaşır. Pilotsuz uçuş sınaqları nəticəsində əldə edilən təcrübədən və Aya gələcək pilotlu uçuşların nəticələrindən istifadə edərək, Çin üç əsas sahədə: selenologiya, selenodez, kəşfiyyat və resurslardan istifadə üzrə genişmiqyaslı kosmik elmi təcrübələrə start verməyi planlaşdırır.
CMSA-nın məlumatına görə, “Çançjen-10” daşıyıcı raketinin, “Mençjou” pilotlu kosmik gəmisinin, aya enən “Lanyue” aparatının, astronavt skafandrının və lunoxodun prototiplərinin istehsalı və yer sınaqları planlaşdırıldığı kimi davam edir.
Yuxarıda qeyd olunan istehsal və sınaq üçün yerüstü qurğular və avadanlıqlar artıq tikilib istifadəyə verilib və Cənubi Çinin Haynan əyalətindəki Vençan peyk buraxılış mərkəzində müvafiq buraxılış meydançasının tikintisi planlaşdırıldığı kimi davam edir.
lunoxod* (Ay səthində tədqiqatlar aparmaq üçün xüsusi aparat)
Almaz Həsənli