Donald Tramp komandası tərəfindən irəli sürüləcək namizədlərin keçmişi araşdırılacaq
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Ədliyyə Nazirliyi ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Bu memorandum departamentə gələcək administrasiyanın üzvləri üçün namizədlərin yoxlanılmasına başlamaq imkanı verəcək.
Daha aydın desək, bu memorandum departamentə Tramp komandası tərəfindən irəli sürüləcək namizədlərin keçmişini və fəaliyyətini yoxlamağa imkan verəcək ki, bu da onlara təhlükəsizlik icazəsi vermək üçün vacibdir.
Xatırladaq ki, ABŞ-ın hazırkı administrasiyasının fəaliyyəti, yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimindən sonra, 2025-ci il yanvarın 20-də başa çatacaq.
Oxuməni.az
Digər xəbərlər