Ermənistan ABŞ-dan öz əsgərləri üçün yeni formalar istəyir

Ermənistan ABŞ-dan öz əsgərləri üçün yeni formalar istəyir

5 Dekabr 13:12
Bəyəndim (1) Bəyənmədim (0)


Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyanın ABŞ-a işgüzar səfərinin bəzi təfərrüatları məlum olub - onun səfərinin məqamlarından biri müasir hərbi geyimlərin dizaynı ilə məşğul olan Amerika şirkətinin rəhbərliyi ilə görüş olub.
“RİA Novosti” xəbər verir ki, Papikyan Ermənistanın Vaşinqtondakı səfirliyində hərbi geyimlərin hazırlanması üzrə ixtisaslaşan “Milliken & Company” şirkətinin vitse-prezidenti Brüs Laflamı və şirkətin hərbi və beynəlxalq proqramlarının rəhbərləri Skot Qrup və Tommi Yanq-ı qəbul edib.
“Görüş zamanı Ermənistan silahlı qüvvələri üçün yeni geyim formalarının hazırlanmasında əməkdaşlıqla bağlı məsələlər, xüsusən də geyim formasının növləri, hazırlanması prosesi, sınaq nümunələrinin çatdırılma müddətləri və proqramın həyata keçirilməsi üçün digər prosedurlar,”-bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan uzun müddətdir ki, öz əsgərlərinə NATO standartlarına uyğun hərbi geyim - hələlik səhra formasında geyindirmək planlarını həyata keçirir, çünki erməni hərbçilərinin hazırkı ekipirovkası mənəvi cəhətdən köhnəlib və zaman onlar üçün rahat, keyfiyyətli və praktiki geyim tələb edir. Ölkə onun satışını qanuni olaraq qadağan etməyi planlaşdırır.
Almaz Həsənli