Pistorius Ukraynada alman hərbçilərinin yerləşdirilə biləcəyini mümkün hesab edir

Pistorius Ukraynada alman hərbçilərinin yerləşdirilə biləcəyini mümkün hesab edir

6 Dekabr 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

.
Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius atəşkəs olacağı təqdirdə Ukraynaya sülhməramlı məqsədlər üçün alman əsgərlərinin göndərilməsinin mümkünlüyünü etiraf edib. O, bu barədə Deutschlandfunk radiostansiyasının efirində bildirib.

"Ukraynada quru qoşunlarının yerləşdirilməsi yalnız hərbi əməliyyatlar dayandırıldıqdan sonra müzakirə oluna bilər", - Pistorius bildirib.

Onun sözlərinə görə, alman qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı müzakirələr indi “ağılsızdır”, lakin bu cür planlar ölkə daxilində müzakirə olunur.

Oxuməni.az