Cənubi Koreyanın keçmiş müdafiə naziri həbs edilib

Cənubi Koreyanın keçmiş müdafiə naziri həbs edilib

8 Dekabr 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Prokurorluq Koreya Respublikasının keçmiş müdafiə naziri Kim Yonq Hyunu həbs edib. Prosedur ölkə prezidentinin hərbi vəziyyət elan etməsi ilə bağlı mümkün xəyanət işinin istintaqı çərçivəsində həyata keçirilib.

Bu barədə Yonhap xəbər agentliyi xəbər verir.

Prokurorluğun xüsusi istintaq qrupu bazar günü saat 1:30 radələrində Seul Mərkəzi Rayon Prokurorluğuna könüllü olaraq gələn Hyunu dindirib. Onu istintaqa qədər ölkədən çıxışına qadağa qoyulub.

Yüksək rütbəli hərbi məmurlar və müxalifət üzvləri bildiriblər ki, prezidentə hərbi vəziyyət tətbiq etməyi təklif edən məhz Kim olub.

Bundan əvvəl üç müxalifət partiyası ölkə prezident inin, keçmiş müdafiə naziri Kim və hərbi vəziyyət komandiri Park Ahn-Sunu vətənə xəyanətdə ittiham edərək məhkəməyə müraciət ediblər.

Məhkəmə bununla bağlı vətənə xəyanət ittihamlarını da araşdırır.

Oxuməni.az