
Pentaqon Suriyada kimyəvi silah ehtiyatlarının olduğunu etiraf edib
Pentaqon hesab edir ki, Suriyada kimyəvi silah ehtiyatları ola bilər və Birləşmiş Ştatlar tərəfdaşları vasitəsilə onların öz qüvvələrinə və ya mülki şəxslərə qarşı istifadəsinin qarşısını almağa çalışır. Bunu bazar ertəsi ABŞ Hərbi Departamentinin mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Biz bu kimyəvi silahların mülki şəxslərə, ABŞ qüvvələrinə və ya onların regiondakı tərəfdaşlarına qarşı istifadə etmək istəyənlərin əlinə keçməməsinə çalışırıq", - Sinq əlavə edib.
O, aydınlaşdırıb ki, ABŞ ordusu bu işdə birbaşa iştirak etmir, tərəfdaşlar vasitəsilə hərəkət edir. "Bizim bu məsələdə təcrübəmiz var və biz bu silahların yanlış əllərə keçməsinin qarşısını almaq üçün yerdəki tərəfdaşlar vasitəsilə işləyirik", - Sinq bildirib.
Oxuməni.az