Qüds yaxınlığında terror aktı baş verib
İsraildə mülki əhalini daşıyan sərnişin avtobusu Qüds yaxınlığında, İordan çayının qərb sahilində, Beyt Jala kəndi yaxınlığında atəşə tutulub. Hücum nəticəsində 12 yaşlı uşaq dünyasını dəyişib.
Bu barədə The Times of Israel və Newsru.co.il-un yaydığı məlumatda deyilir. Maşına atəş açdıqdan sonra terrorçular hadisə yerindən qaçıblar. Atışmadan sonra avtobus sürücüsü yaralılar da daxil olmaqla insanları təcili yardım maşınlarının artıq onu gözlədiyi Menarot keçid məntəqəsinə aparıb.
İsrail təhlükəsizlik qüvvələri terror aktının hansı şəraitdə baş verdiyini araşdırır .
Oxuməni.az
Digər xəbərlər