Türkiyə ABŞ-ı Suriyada PKK-ya qarşı əməliyyat keçirmə ehtimalı ilə bağlı xəbərdar edəcək
Türkiyə Suriyanın şimalında Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəli qüvvələrin mövcudluğuna son qoyması üçün ABŞ-a xəbərdarlıq edəcək.
“CNN Türk” xəbər verir ki, əks halda Ankaranın özü bölgəni terrorçulardan təmizləmək üçün tədbirlər görəcək.
Onun sözlərinə görə, Türkiyə tərəfinin bu mesajı Ankarada xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında dekabrın 13-nə planlaşdırılan danışıqlarda səslənəcək.
Xüsusilə Türkiyə tərəfi Vaşinqtonun Suriya ilə bağlı öhdəliklərini yerinə yetirmədiyinə və PKK və onun Suriya qolu olan Xalq Müdafiə Birliklərinə (YPG) dəstəyi dayandırmaq zərurətinə diqqət çəkəcək.
Ankara dəfələrlə ABŞ və NATO müttəfiqlərini PKK və YPG-nı dəstəklədiklərinə görə tənqid edib. Türkiyə hakimiyyəti həmçinin qonşu ölkə ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarəti təmin etmək və onun ərazisindən gələn terror təhlükələrini minimuma endirmək üçün Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq niyyətində olduqlarını açıqlayıb.
Almaz Həsənli