İki Afrika ölkəsi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq

İki Afrika ölkəsi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq

13 Dekabr 11:53
Bəyəndim (1) Bəyənmədim (0)


BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, iki Afrika ölkəsi tezliklə BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri kimi təmsil olunacaq.
"Afrika dövlətlərinin Təhlükəsizlik Şurasına daxil olması qarşısında ən ciddi maneələr aradan qaldırılıb və konsensus əldə edilib", - Quterreş qitənin cənubuna səfəri zamanı vurğulayıb. O, Təhlükəsizlik Şurasının genişləndirilməsinin 2026-cı ildə mandatı bitənə qədər tamamlanacağını vəd edib.
Hansı ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacağına dünyanın bu hissəsindən 55 dövlətin təmsil olunduğu Afrika İttifaqı qərar verəcək.
Oxuməni.az