Əsəd rejimi qüvvələri Suriya üsyançı hökumətinə silah təhvil verib
Suriyanın cənubundakı Latakiya şəhərində Bəşər Əsəd rejiminin keçmiş təhlükəsizlik qüvvələri silahlarını üsyançı keçid hökumətinə təhvil verir. Oxşar tərksilah sxemləri ölkənin digər şəhərlərində də işə başlayıb.
Bu barədə CNN məlumat yayıb.
Bu həftənin əvvəlində AFP şəhərdə mülki geyimli şəxslərin şəxsi odlu silahlarını Suriyanın yeni hökumətinin Daxili İşlər Nazirliyinin rəsmilərinə təhvil verməyi gözləyən uzun növbələrin görüntülərini çəkib.
Görüntülərdə məmurların həmin şəxslərlə qeyri-rəsmi danışdıqları və silahlarını təhvil verərkən onların fotolarını çəkdikləri görünür.
Bu, Suriyanın Heyət Təhrir əl-Şamın başçılıq etdiyi yeni rəhbərliyinin hakimiyyətin dinc yolla ötürülməsi və beynəlxalq legitimliyin əldə edilməsi istiqamətində çalışdığı bir vaxta təsadüf edir.
Oxuməni.az