Rusiyada çoxarvadlılıq ləğv edilib
Rusiya Müsəlmanlarının Ruhani İdarəsi (DUM) rusiyalı müsəlmanlara 4-ə qədər arvad almağa icazə verən daha əvvəl verdiyi fətvanı geri götürüb. Bu qərar Rusiya Federasiyası Baş Prokurorluğunun sənədlə maraqlanmasından sonra verilib.
Moskvanın müftisi İldar Alyautdinov bu barədə özünün Telegram kanalında “Allahın iradəsi” və mübahisəyə girmək istəmədiyini əsas gətirərək bildirib.
Bundan əvvəl Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası “Rusiya müsəlman icmasında çoxarvadlılıq məsələləri” adlı fətva qəbul edib. “RİA Novosti” xəbər verir ki, bu, Rusiya müsəlmanlarının 4-ə qədər dini nikah bağlamasının icazəli olmasından bəhs edir. Moskva müftisi İldar Alyautdinovun izah etdiyi kimi, çoxarvadlılığa bir sıra şərtlərlə icazə verilirdi, xüsusən də “arvadın uşaq dünyaya gətirə bilməməsi”, “cinsi uyğunsuzluq” və ya birinci arvadın uşaq dünyaya gətirmək istəməməsi.
Alyautdinovun fikrincə, əsas şərt ərin bütün arvadlara, o cümlədən maddi təminat məsələlərində ədalətli və bərabər münasibəti idi. Həmçinin qeyd olunub ki, ikinci arvadın olmasını gizlətmək yolverilməzdir və ona məlumat verilməyibsə, nikahın (İslam normalarına görə) pozulmasını tələb etmək hüququ var.
Bundan əlavə, Moskva müftisi vurğulayıb ki, başqa dini nikah bağlayan kişi bütün uşaqları övladlığa götürməli və vəsiyyətnaməni notarial qaydada təsdiqləməlidir.
Ancaq indi, görünür, Rusiya müsəlmanları çoxarvadlılıq planlarına yenidən baxmalı olacaqlar.
Almaz Həsənli