ABŞ Özbəkistan vətəndaşlarını ölkədən çıxarır

ABŞ Özbəkistan vətəndaşlarını ölkədən çıxarır

24 Dekabr 13:38
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi il ərzində 572 Özbəkistan vətəndaşını deportasiya edib ki, bu da 88 nəfərin deportasiya edildiyi əvvəlki illə müqayisədə 6,5 dəfə çoxdur. Belə məlumatlar Amerika departamentinin hesabatında yer alıb.
Deportasiyaların sayının artması Mərkəzi Asiyadan miqrasiya axınının artması ilə izah olunur. Bir çox miqrant Meksika, Kolumbiya və Boliviya kimi Latın Amerikası ölkələrindən keçən mürəkkəb marşrutlardan istifadə edir. ABŞ səlahiyyətlilərinin hesablamalarına görə, 2021-ci ildən 2023-cü ilə qədər 13600-ə yaxın Özbəkistan vətəndaşı Meksika sərhədindən ABŞ-a keçməyə cəhd edib.
2023-cü ildə 50.000-dən çox Mərkəzi Asiya vətəndaşı ABŞ-ın cənub sərhədində tutuldu. Vəziyyət nəzarətin artırılmasına və deportasiya tədbirlərinə səbəb olub.
Bu ilin fevralında bir qrup Özbəkistan vətəndaşı prezident Co Bayden administrasiyasını qanunsuz deportasiyada ittiham edərək məhkəməyə müraciət edib. Lakin məhkəmənin nəticəsi hələ ki, məlum deyil.
Özbəkistan deportasiya olunanların sayına görə Rusiyanı, Mərkəzi Asiya ölkələrini və bir sıra digər dövlətləri qabaqlayır:
Rusiya - 464;
Əfqanıstan - 132;
Tacikistan - 77;
Qırğızıstan - 69;
Ukrayna - 53;
Ermənistan - 27;
Qazaxıstan - 23;
Azərbaycan - 13;
Türkmənistan - 5.
Deportasiya edilənlərin sayına görə lider ölkələr on minlərlə miqrantın deportasiya olunduğu Meksika (87 298), Qvatemala (66 435), Honduras (45 923), El Salvador (15 284), Kolumbiya (14 268) və Ekvador (12 921) olub.

Almaz Həsənli