Ukraynalılar ilk Şimali Koreyalını əsir götürüblər

Ukraynalılar ilk Şimali Koreyalını əsir götürüblər

27 Dekabr 2024 11:04
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna hərbçiləri ilk dəfə Şimali Koreya əsgərini əsir götürüb. “Yonhap” agentliyi yazır ki, bunu Cənubi Koreya kəşfiyyatı təsdiqləyib.
Yaralı Şimali Koreya əsgəri Rusiyanın Kursk vilayətində tapşırıqları yerinə yetirən Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin əsgərləri tərəfindən əsir götürülüb.
"Dost ölkənin kəşfiyyat təşkilatı ilə real vaxt rejimində məlumat mübadiləsi vasitəsilə [biz] yaralı bir Şimali Koreya əsgərinin əsir düşdüyünü təsdiqlədik və gələcək hadisələri yaxından araşdırmağı planlaşdırırıq", - Seul Milli Kəşfiyyat Xidmətinin bəyanatında deyilir.

Almaz Həsənli