Çin, Qırğızıstan və Özbəkistan Rusiyadan yan keçməklə dəmir yolu çəkəcək

Çin, Qırğızıstan və Özbəkistan Rusiyadan yan keçməklə dəmir yolu çəkəcək

28 Dekabr 2024 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyadan yan keçməklə Çin, Qırğızıstan və Özbəkistanı birləşdirəcək dəmir yolunun tikintisi prosesinə başlanılıb. Magistral Çindən malların Mərkəzi Asiya vasitəsilə Avropa İttifaqı ölkələrinə çatdırılmasına imkan verəcək.

Bu barədə “Tazabek” nəşri məlumat yayıb.

Dekabrın 27-də Qırğızıstanda yolun tikintisinə başlanılması mərasimində ölkə prezidenti Sadır Japarov bildirib ki, yeni dəmir yolu təkcə strateji obyekt deyil, həm də Qərblə Şərqi birləşdirəcək.

“Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu dəhlizi Avrasiya qitəsinin cənub körpüsünün qoluna çevriləcək, Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxış açacaq Orta Asiyaya, oradan da Türkiyəyə və oradan da Avropa Birliyinə qədər uzanacaq ”, - deyə Japarov bildirib.

O, həmçinin əlavə edib ki, layihə regional əlaqələrin gücləndirilməsinə və nəqliyyat marşrutlarının şaxələndirilməsinə kömək edəcək ki, bu da nəqliyyat tranzit qovşağı kimi regionun rəqabət qabiliyyətini artıracaq.

Oxuməni.az