Yanğında ölənlərin sayı artmaqda davam edir
Kirov rayonunun Kilməz kəndində baş verən yanğında ölənlərin sayə artmaqda davam edir.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Tikintilərin sökülməsi zamanı səkkizinci qurban aşkar edilib", - idarənin əməkdaşları bildiriblər.
Fövqəladə Hallar Nazirliyi onu da əlavə edib ki, hazırda yanğın tamamilə söndürülüb.
Daha əvvəl yeddi ölüm xəbəri verilmişdi.
REN TV yazıb ki, Kirov rayonundakı kəndlərdən birində yanğın zamanı 7 pensiyaçı itkin düşüb.
Oxuməni.az
Digər xəbərlər