Makronun reytinqi tarixi minimuma yaxın düşüb
Fransa prezidenti Emmanuel Makronun reytinqi 21 faizə düşüb və 2018-2019-cu illərdə “sarı jiletlilər”in etiraz hərəkatı zamanı qeydə alınan tarixi minimum olan 20 faizə çatıb.
Oxuməni.az bazar ertəsi, yanvarın 13-də bildirib ki, bu cür məlumatlar “Ipsos” araşdırma şirkəti tərəfindən dərc edilib və Makronun populyarlığının son bir ayda iki faiz bəndi azaldığını bildirib.
“Ipsos” sorğusunun nəticələrinə görə, Baş nazir Fransua Bayrunun reytinqi 20% təşkil edir ki, bu da Makronun ikinci müddətinin başlanmasından bəri hökumət başçısının səlahiyyət müddətinin əvvəlində verdiyi ən aşağı qiymətdir. Bayru eyni dövrdəki sələflərinin performansından geri qalır.
Makronun prezidentliyə potensial varisləri sıralamasında liderlər Fransa Milli Assambleyasında millətçi “Milli Birlik” fraksiyasının rəhbəri Marin Le Pen və həmin partiyanın sədri Jordan Bardelladır.
Emmanuel Makron 2017-ci ildə Fransa prezidenti vəzifəsinə keçib. 24 aprel 2022-ci ildə o, ikinci beşillik müddətə yenidən seçildi.
Almaz Həsənli