Müflis olan şirkətlərin sayı rekord həddə çatıb
2024-cü il Fransada müflis olan şirkətlərin sayında 2009-cu ildən bəri rekord qeydə alınıb.
Əmanət və Xalq Bank Qrupunun (BPCE) illik hesabatına görə, ötən il 66 min 422 biznes uğursuzluğu qeydə alınıb. Bu, 2019-cu ildən 28 faiz çoxdur.
İqtisadi araşdırma aparan “L'Observatoire” qeyd edir ki, bu vəziyyət iqtisadi yavaşlama, inflyasiya və artan faiz dərəcələri ilə əlaqəli rekord sayda biznes uğursuzluqlarının, eləcə də iqtisadi siyasət baxımından qeyri-müəyyənliyin nəticəsidir. Ümumilikdə, 2024-cü ildə bu uğursuzluqlar səbəbindən 260 min iş yeri təhlükə altında idi.
BPCE-nin bu hesabatına görə, kiçik və orta şirkətlərin menecerlərinin 56 faizi siyasi qeyri-müəyyənliyin onların şirkətlərinin fəaliyyətinə güclü təsir etdiyini və hər iki şirkətdən birinin investisiya layihələrini təxirə salmağı planlaşdırdığını, 21 faizi isə onları ləğv etmək niyyətində olduğunu düşünür. Cari ildə bu göstəricinin daha da artaraq təqribən 68 min biznesə çatacağı proqnozlaşdırılıb.
Ümumilikdə 2024-cü ildə “Duralex”, “Le Coq Sportif” və “Caddie” şirkətləri də daxil olmaqla 5265 KOM və ETI (orta ölçülü müəssisə) iflas edib.
Oxuməni.az