Tramp  siyasətçi deyil, alverçidir və Avropa onu siyasi baxımdan maraqlandırmır

Tramp siyasətçi deyil, alverçidir və Avropa onu siyasi baxımdan maraqlandırmır

07:50
Bəyəndim (1) Bəyənmədim (0)

Tramp siyasətçi deyil, alverçidir və Avropa onu siyasi baxımdan maraqlandırmır. O, ölkəsinin problemlərinə diqqət yetirəcək və Avropa onun üçün maraqlı tərəfdaş deyil. Bunu Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Knaysl deyib

"Avropa indi tənəzzüldədir, o qədər də maraqlı tərəfdaş deyil. Mənim onilliklər ərzində apardığım müşahidələrimə görə, Ağ Evdə həmişə Avropa haqqında danışanda öz maraqlarını güdüblər. Onlar “Avropalılar” deyirlər, anca əslində zehinlərində bunu “Avropa yoxdur” kimi qavrayırlar”,- Knaysl qeyd edib.

Eyni zamanda, Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Trampın Avropanın siyasi və hərbi maraqlarına biganə qalacağına inanır. "Tramp Birləşmiş Ştatlar haqqında düşünür və Avropa onu maraqlandırmır. Çünki Tramp siyasətçi deyil, alverçidir. Alverçilik ruhu ilə də Tramp dövləti idarə edəcək", - o əlavə edib.

Əziz Mustafa, Oxuməni.az