ABŞ Ukrayna münaqişəsinin bitməsini istəyir
Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin yaxın bir neçə ildə daha da pisləşməsinə səbəb olmayan davamlı, sülh yolu ilə həllinə nail olmağa sadiqdir. Bunu dövlət katibi Marko Rubio deyib.
"ABŞ-ın rəsmi siyasəti bu münaqişəyə son qoymaq olacaq və biz buna davamlı və sabit əsasda nail olmaq üçün hər şeyi edəcəyik. Biz müharibənin davam etməsini istəmirik ”, - o, NBC News kanalına müsahibəsində deyib.
Rubio bildirib ki, bu məsələ ilə bağlı danışıqlar prosesi çətin olacaq və hər bir tərəf “güzəşt etməli olacaq”.
Rusiya prezidenti Vladimir Putinin daha əvvəl qeyd etdiyi kimi, Moskva ABŞ-ın yeni administrasiyası ilə Ukrayna münaqişəsi ilə bağlı dialoqa açıqdır.
Oxuməni.az
Digər xəbərlər