Taliban Trampın ABŞ silahlarını geri qaytarmaq çağırışını rədd edib
Taliban hərəkatı ABŞ prezidenti Donald Trampın 7 milyard dollar dəyərində olan Amerika silahlarını geri qaytarmaq çağırışını rədd edib.
Hərəkat üzvləri hesab edirlər ki, ABŞ nəinki ələ keçirdiyi silahları tərk etməli, həm də “İslam Dövləti” terror təşkilatı ilə mübarizə üçün daha müasir vasitələr təqdim etməlidir.
Xatırladaq ki, yanvarın 19-da keçirilən mitinqdə Donald Tramp deyib": Taliban Amerika silah və texnikasını qaytarmasa, Əfqanıstana bütün maliyyə yardımını kəsəcək".
Hərbi avadanlıq və sursat 2021-ci ildə ABŞ qoşunları 20 ildən çox müddət sonra Əfqanıstanı tərk edərkən Taliban tərəfindən ələ keçirilib.
Oxuməni.az
Digər xəbərlər