![Örebroda baş verən atışma ilə bağlı yalan məlumatlar yayılır](http://oxumeni.az/images/2025/02/05/05-12.jpg)
Örebroda baş verən atışma ilə bağlı yalan məlumatlar yayılır
İsveç polisi hələ Örebrodakı məktəbdə atışma törədən şəxsin ideoloji səbəblərlə hərəkət etdiyinə dair sübut əldə etməyib. Bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat yayıb.
"Polis qeyd edib ki, bəzi sosial media şəbəkələri Örebroda baş verən atışma ilə bağlı yalan məlumatlar yayır. Ona görə də aydınlaşdırmaq istəyirik ki, istintaqa əsasən, hazırda cinayətkarın ideoloji səbəblərlə hərəkət etdiyini göstərən heç bir sübut yoxdur",-mesajda qeyd olunub.
Polis insanları təsdiqlənməmiş məlumatları yaymamağa və öz internet saytındakı rəsmi elanlara əməl etməyə çağırır.
Polis atışmada 11 nəfərin öldüyünü də təsdiqləyib. Qurbanların dəqiq sayı hələlik məlum deyil, güllə yaralarından ölənlərin sayı arta bilər. Ölənlərdən biri şübhəli şəxsdir.
Əziz Mustafa, Oxuməni.az