Sankt-Peterburq şəhərində etnik mənsubiyyəti tanıyan kameralar quraşdırılacaq

Sankt-Peterburq şəhərində etnik mənsubiyyəti tanıyan kameralar quraşdırılacaq

20 Fevral 15:05
Bəyəndim (5) Bəyənmədim (0)


Rusiyada Sankt-Peterburq şəhər hakimiyyəti miqrantları izləmək üçün etnik mənsubiyyəti tanıyan şəhər kameraları quracaq. "Kommersant" xəbər verir ki, bunu Sankt-Peterburq administrasiyasının millətlərarası münasibətlər komitəsinin rəhbəri Oleq Kapitanov deyib.
Kapitanovun sözlərinə görə, yeni funksionallıq “etnik anklavların formalaşması” ilə mübarizəyə kömək edəcək və “regionda sosial gərginliyin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə” imkan verəcək.
Məmur izah edib ki, onun komitəsi artıq “sifətlərin etnik mənsubiyyətinin tanınması üçün lisenziyanın alınması” - səkkiz min kamera quraşdırmaq üçün müqavilə bağlayıb. “Kommersant” yazır ki, müqavilənin məbləği 38 milyon rublu ötür.
Prezident yanında İnsan Hüquqları Şurası (HRC) Sankt-Peterburq hakimiyyətinin qərarını tənqid edərək, bunu insan ləyaqətini alçaldan adlandırıb. "Rusiyada pasportda milliyyət də göstərilmir və birdən bəzi televiziya kameraları insanın hansı millətə mənsub olduğunu müəyyən edəcək,"- İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeev vurğulayıb.
Almaz Həsənli