
Cənubi Afrika Prezidenti G20 Yekun Bəyannaməni qəbul edəcəyinə əmindir
İyirmilik Qrupuna (G20) sədrlik edən Cənubi Afrika hesab edir ki, G20 ölkələrinin geosiyasi hissəsi də daxil olmaqla yekun bəyannamə üzərində razılığa gəlməsi mümkündür. Bu barədə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Yohannesburqda keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısının birinci günü çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
“İnanıram ki, G20 ən kəskin hərbi böhranlar da daxil olmaqla, geosiyasi məsələlərə toxunan bəyannamə hazırlaya və qəbul edə biləcək. Hər bir ölkə öz nöqteyi-nəzərini ifadə etdikdən sonra hər kəsi qane edəcək müvafiq düsturların tapılacağına inanmaq üçün bütün əsaslar var”, - deyə o, Qəzza zolağındakı vəziyyəti xüsusi qeyd edib.
Ramaphosa bildirib ki, Cənubi Afrikanın sədr kimi G20 üçün qarşıya qoyduğu məqsədlərə nail olmaq mümkündür. "İş gedir, G20-nin bütün səviyyələrində və geniş spektrli məsələlər üzrə müzakirələr gedir", - o deyib.
ABŞ dövlət katibi Marko Rubionun G20-nin hazırkı nazirlər görüşü üçün Cənubi Afrikaya səfər etməkdən imtina etməsi ilə bağlı suala cavab olaraq, Ramafosa Vaşinqtonun G20-nin işində iştirakını davam etdirdiyini bildirib. "ABŞ-ın G20-ni boykot etməsi yoxdur" deyən Cənubi Afrika prezidenti, "Düzdür, Rubio Yohannesburqa gəlməyib, lakin görüşlərdə ABŞ nümayəndəsi iştirak edir. Biz ABŞ-la yaxşı münasibətlərə sadiqik və aramızda mövcud olan bütün fikir ayrılıqları diplomatik kanallar vasitəsilə həll olunacaq".
Əziz Mustafa, Oxuməni.az