
Papanın ömrünə 72 saatdan az qalıb
Gemelli Klinikasında etibarlı mənbələrdən verilən məlumata görə, Papa Fransiskin vəziyyəti xeyli pisləşib. Həkimlər onun ömrünün 72 saatdan az olduğunu xəbərdar edir. Bunu X (Twitter) səhifəsində Ukrayna Yunan Katolik Kilsəsinin (UGCC) Vatikandakı xüsusi müxbiri Maykl Heyns yazıb.
Klinikanın keşişi bütün möminləri dua etməyə çağırıb və qeyd edib ki, hazırda ehtiyac duyulan şey “bütün ümidlərə baxmayaraq ümiddir”.
Son fəsadlar narahatlıq doğurur: şənbə günü uzun müddətli tənəffüs böhranı və bazar günü "yüngül" böyrək çatışmazlığı.
Dünya nəfəsini tutub, pontifikin səhhəti ilə bağlı xəbər gözləyir.
Almaz Həsənli
Digər xəbərlər