Çin gəmisi Tayvan sahillərində yenidən kabeli zədələyib

Çin gəmisi Tayvan sahillərində yenidən kabeli zədələyib

26 Fevral 11:19
Bəyəndim (1) Bəyənmədim (0)

Tayvanın Sahil Mühafizəsi çərşənbə axşamı, fevralın 25-də Çinə məxsus yük gəmisini saxlayıb. Buna səbəb Tayvan boğazındakı Penqhu adalarına gedən sualtı kabeldə siqnalın yoxa çıxması olub.

Sahil mühafizəsi Toqoda qeydiyyatda olan Çinin Hong Tai 58 gəmisini saxlamaq üçün üç gəmi göndərdiyini bildirib. Gəmi əlaqəsi kəsildiyi vaxt Tayvanın cənub-qərb sahillərində dəniz kabelinin yaxınlığında lövbər salıb.

Sahil mühafizəsi gəminin Çinlə əlaqəli olduğunu bildirib.

"Səkkiz ekipaj üzvünün hamısı Çin vətəndaşıdır",- deyə Sahil Mühafizəsi rəisi bildirib.

Adının açıqlanmasını istəməyən yüksək rütbəli Tayvan təhlükəsizlik rəsmisi Reuters agentliyinə bildirib ki, hökumət insidenti milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir.

Əziz Mustafa, Oxuməni.az