Avropa Parlamenti Tramp əleyhinə qətnamə qəbul edib

Avropa Parlamenti Tramp əleyhinə qətnamə qəbul edib

07:58
Bəyəndim (4) Bəyənmədim (0)

Avropada sağ və sol nəhayət ki, Trampın Ukraynaya və bütün Avropa qitəsinə xəyanət etməsi ilə bağlı razılığa gəlib.

Avropa Parlamenti ABŞ prezidenti Donald Trampın “sülhməramlı” siyasətini rus təcavüzkarını mükafatlandırdığına və Ukraynanı faktiki olaraq hansısa formada təslim olmağa məcbur etdiyinə görə tənqid edib. Bu barədə “Politico” məlumat yayıb.

720 səsdən 440-dan çoxunun dəstəklədiyi Avropa Parlamentinin bəyannaməsi, “yalnız qondarma “sülh müqaviləsi”ni elan etmək məqsədilə Ukrayna rəhbərliyini Rusiya təcavüzkarına təslim olmaq üçün şantaj etmək cəhdini qətiyyətlə pisləyir”.

Avropa Parlamentinin deputatları hesab edirlər ki, ABŞ-ın hazırkı sülhməramlı səyləri sadəcə olaraq Rusiya diktatoru Vladimir Putini Ukraynaya qarşı üç illik genişmiqyaslı təcavüzə görə “mükafatlandırır”.

Bəyanatı Avropa Parlamentində təmsil olunan bütün siyasi spektrin nümayəndələri - Yaşıllar, Sosialistlər, Demokratlar, Liberallar, Xristian Demokratlar və hətta sərt sağçıların nümayəndələri imzalayıblar.

UNİAN-ın yazdığı kimi, Səudiyyə Ərəbistanında danışıqlar zamanı Ukrayna və ABŞ nümayəndə heyətləri Rusiya-Ukrayna cəbhəsində dərhal 30 günlük atəşkəsin təşəbbüskarı olmaq barədə razılığa gəliblər. İndi danışmaq rusların ixtiyarındadır.

Bu arada Tramp administrasiyası bildirib ki, gələcək sülh sazişində Rusiyaya, o cümlədən Avropaya qarşı sanksiyaların ləğvi nəzərdə tutulur. Tramp Ukrayna ilə ərazi güzəştləri məsələsini də müzakirə etdiklərini deyir.

Əziz Mustafa, Oxuməni.az