
İran hakimiyyəti əxlaq polisinin fəaliyyətini ləğv edəcək
İran hakimiyyəti hicablı qadınlarla bağlı yeni qanunda əxlaq polisini ləğv edəcək. Bunu parlamentin spikeri Məhəmməd Bağır Qalibaf deyib.
Qalibaf X sosial şəbəkəsində yazıb: “Hicablı qadınlar haqqında yeni qanun əxlaq polisinin fəaliyyətini tamamilə ləğv edir”.
Sözügedən qanun ötən ilin payızında İran parlamenti tərəfindən təsdiqlənib. Sənəd “iffət və hicab mədəniyyətini təbliğ etməklə ailələri dəstəkləmək” məqsədi daşıyırdı və ölkədə hicabın məcburi geyinilməsini nəzərdə tuturdu.
Sənəd BMT-də kəskin tənqid olunub. Xüsusilə, İnsan Hüquqları üzrə Ali Komissarlığın İdarəsi bunu “gender aparteidinin bir forması” adlandırdı.
İki ay sonra İran Milli Təhlükəsizlik Şurasının parlamenti anlaşılmazlıqları aradan qaldırmaq üçün qanunun qəbulu prosesini dayandırıb.
Xatırladaq ki, 2022-ci ildə 22 yaşlı Məhsa Əmininin ölümündən sonra bütün İranı etiraz dalğası bürümüşdü. Qadın hicabsız olduğu üçün küçədə əxlaq polisi tərəfindən saxlanılıb, sonra isə qeyri-müəyyən şəraitdə xəstəxanada dünyasını dəyişib.
İranlı qadınlar etiraz əlaməti olaraq saçlarını kəsdirməyə və hicablarını yandırmağa başladılar. Media bu cür hərəkətlərlə bağlı xəbərləri aktiv şəkildə tirajlayırdılar. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləvi həbslər həyata keçirirdilər.
Almaz Həsənli