
Üç nəfər Çörçillin sarayından qızıl unitazı oğurlamaqda günahkar bilinib
Britaniyalı siyasətçi Uinston Çörçilin doğulduğu saraydan unitaz oğurlamaqda təqsirli bilinən 3 nəfər müəyyən edilib. Bu barədə Krallığın Prokurorluğu Xidmətinin (CPS) saytında bildirilir.
Blenheim Sarayından bir neçə milyon funt sterlinqlik qızıl unitazın oğurlanmasında və satışında iştirak edən üç nəfər günahkar bilinib.
Polis daha əvvəl bu işdə dörd vətəndaşın ittiham olunduğunu bildirmişdi.
Andlılar məhkəməsi iki nəfərə qarşı təqsirli hökm çıxarıb. Prokurorların dediyinə görə, Maykll Jons oğurluqda, Fred Dou isə cinayət yolu ilə əldə edilmiş əmlakı dəyişdirməkdə və ya emal etməkdə təqsirli bilinib.
Cinayətin digər iştirakçısı isə 2024-cü ildə məhkəmədə günahını etiraf edib, işdə iştirak edən dördüncü şəxs isə bəraət alıb.
Prokurorluğun sözçüsü bildirib ki, qızıl unitaz elə də tapılmayıb, çünki cinayətkarlar onu hissələrə bölüb və ya əridib oğurluqdan qısa müddət sonra satıblar.
2019-cu ilin sentyabrında Blenheim sarayından 4,75 milyon funt sterlinq dəyərində 18 karatlıq qızıl unitaz oğurlanıb.
Unitaz sənət instalyasiyasının bir hissəsi idi və ziyarətçilərin istifadəsinə verilmişdi. Gündüz yaxınlıqda mühafizəçi növbətçi olsa da, oğurluq hadisəsi gecə baş verib. Unitaz kanalizasiya sisteminə qoşulduğundan onun sökülməsi sarayın bir hissəsinin su altında qalmasına səbəb olub.
Almaz Həsənli