Ukrayna ilə bağlı sazişin bağlanması üçün gözlənilən tarix açıqlanıb

Ukrayna ilə bağlı sazişin bağlanması üçün gözlənilən tarix açıqlanıb

24 Mart 11:49
Bəyəndim (3) Bəyənmədim (0)


ABŞ aprelin 20-dək Ukraynada atəşkəs razılaşmasına nail olmaq niyyətindədir. Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən yazır.
Aprelin 20-də jurnalistlər qeyd edirlər ki, Pasxa həm pravoslav, həm də katolik kilsələrində qeyd olunacaq.
Mümkündür ki, tərəflərin sülh yolu ilə nizamlanmaya dair mövqelərindəki fikir ayrılığı səbəbindən tarix dəyişə bilər.
Bir müddət əvvəl Vaşinqtondakı Amerika Universitetinin Nüvə Tədqiqatları İnstitutunun direktoru, professor Piter Kuznik bildirmişdi ki, Trampın Ukrayna münaqişəsinin tez bir zamanda həlli istəyini bəyan etməsinə baxmayaraq, onun tez başa çatmasına ümid etmək olmaz.
Eyni zamanda, Avropa rəsmiləri ABŞ prezidenti Donald Trampın “diplomatik zəfər” axtarışının onu Ukraynanın maraqlarını qurban verəcəyindən ehtiyat edirlər.
Almaz Həsənli