
Gürcüstanda Gürcü Pravoslav Kilsəsinin avtokefaliyasının bərpası günü qeyd olunur
Bu gün, 1917-ci il martın 25-də Gürcü Pravoslav Kilsəsinin (GPK) avtokefaliyası bərpa edilib. Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, ölkə üçün bu mühüm hadisə Gürcüstanın “dövlətçiliyinin və mənəvi dəyərlərinin bərpasının simvolu” olub. Bu barədə Oxuməni.az “apsny.ge”yə istinadən xəbər verir.
Baş nazirin bəyanatında deyilir: “Bizim avtokefaliyamız beynəlxalq səviyyədə rəsmi olaraq yalnız 1990-cı ildə Müqəddəs və Möhtərəm Katolikos-Patriarx II İliyanın ən böyük şəxsi səyləri və nüfuzu sayəsində tanınıb”.
Yada salaq ki, gürcü kilsəsi 1811-ci ildə Gürcüstan Rusiya imperiyasının tərkibində olarkən ləğv edilmiş avtokefaliyanı 457-ci ildə Antioxiya kilsəsindən alıb.
Bundan sonra Müqəddəs Sinod ekzarxatların köməyi ilə gürcü kilsəsinə rəhbərlik edirdi. Gürcü kilsəsi 1917-ci il martın 25-də avtokefaliyanı bərpa etdi və onun müstəqilliyi bütün pravoslav kilsələri tərəfindən tanındı.
Lakin Rus Pravoslav Kilsəsi gürcü kilsəsinin avtokefaliyasını yalnız 1943-cü ildə tanıdı və 4 mart 1990-cı ildə avtokefaliya Konstantinopol Pravoslav Kilsəsi tərəfindən rəsmən tanındı.
Almaz Həsənli