
Petr Fiala Fransa və Britaniyanı Avropanın liderləri adlandırıb
“İstəklilər koalisiyasına” rəhbərlik edən Fransa və İngiltərə hazırda Avropada “sərt güc”ün liderləridir. Bu fikri Çexiyanın Baş naziri Petr Fiala Financial Times-a şərhində bildirib.
Onun sözlərinə görə, bu, Rusiyanın təhdidinin davam etməsi və hərbi xərclərin artırılmasını tələb edən ABŞ prezidenti Donald Trampın təzyiqi fonunda mümkün olub.
"İndi güclü dövlətlərin daha böyük rol oynamalı olduğu vaxtdır və bunlar Avropanın nüvə gücləri olan Fransa və Böyük Britaniyadır", - Fiala vurğulayıb.
Çexiyanın baş naziri britaniyalı həmkarı Key Starmerin Ukraynaya verdiyi güclü dəstəyi yüksək qiymətləndirib və Aİ-dən çıxmaq qərarına görə Böyük Britaniyacəzalandırılmamağa çağırıb.
"Mən daha güclü və daha açıq əməkdaşlığa (Böyük Britaniya ilə) ümid edirəm), çünki bu, qitəmiz üçün çox vacibdir", - o əlavə edib.
Fiala həmçinin Fransa və Britaniyanın başçılıq etdiyi “istəklilər koalisiyası”nın iclaslarında irəli sürülən sülhməramlı qüvvələrin Ukraynada yerləşdirilməsi imkanını şərh edib. Onun sözlərinə görə, Çexiya hökuməti kontingentin göndərilməsinə razılıq verməli olacaq, lakin bu məsələnin müzakirəsi tezdir, çünki atəşkəs haqqında razılıq hələ əldə olunmayıb:
“Lakin biz gələcəkdə Rusiyanın istənilən təcavüzünü dayandıracaq istənilən varianta açıq olmalıyıq”.
Çexiyanın baş nazirinin sözlərinə görə, Rusiyadan gələn təhlükə onun böyük Avropa ölkələrinin əvvəllər Almaniya və Fransanın oynadığı liderlik rolunu öz üzərinə götürməsi ilə bağlı fikirlərini dəyişib.
“Sülh dövründə mən həmişə Fransa və Almaniyanın güclü rolunun əleyhinə olmuşam, lakin belə çətin vaxtlarda ən güclü ölkələrin fəal olması və liderlik rolunu öz üzərinə götürməsi vacibdir",-deyə Fiala bəyan edib.
Əziz Mustafa, Oxuməni.az