Çinin "Millennium Uşağı" ölüb: Ölümün səbəbi infarkt olub

Çinin "Millennium Uşağı" ölüb: Ölümün səbəbi infarkt olub

26 Mart 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

2000-ci il yanvarın 1-də gecə yarısı doğulduğu üçün "Minilliyin körpəsi" kimi tanınan çinli qadın martın 24-də vəfat edib.Bu barədə Global Times məlumat yayıb.

İlkin məlumata görə, 25 yaşlı Qianqian infarktdan dünyasını dəyişib. Baş verən faciəli hadisəni anası qızının doğulduğu andan çəkdirdiyi foto ilə birlikdə sosial şəbəkədə paylaşıb. "Qianqian" adı təsadüfən seçilməyib - "qian" heroqlifi "minillik" deməkdir ki, bu da qızı simvolik olaraq yeni əsrin başlanğıcı ilə əlaqələndirir.

“Minillik uşaq”ın ölümü Çin internetində geniş müzakirələrə səbəb olub, istifadəçilər ürək-damar xəstəliklərinin artması məsələsini gündəmə gətirib. Mütəxəssislər problemi həddindən artıq fiziki fəaliyyət, xroniki ürək xəstəliyi və bəzi dərmanların yan təsirləri ilə əlaqələndirirlər.

Əziz Mustafa, Oxuməni.az