
Misirdə 4 rusiyalı turist batiskafın batması nəticəsində ölüb
Misirin Hurqhada sahillərində gəzinti batiskafının batması nəticəsində dörd rusiyalı turist ölüb. Bu barədə “TASS” məlumat yayıb.
Rusiyanın turizm bölgəsindəki baş konsulu Viktor Voropayevin sözlərinə görə, istirahət edənlərin əksəriyyəti xilas edilib. Batiskafda uşaqlar da daxil olmaqla 45 rusiyalı turist olub. Ölənlərin adları açıqlanmır.
Batiskaf təxminən səhər saat 10:00-da (Bakı vaxtı ilə 12:00) sahildən 1 kilometr aralıda batıb. Gəmi mərcan rifinə baxmaq üçün müntəzəm sualtı ekskursiya edirdi.
Almaz Həsənli
Digər xəbərlər