
Qazaxıstan suvarma üçün Özbəkistandan 12,6 milyard kubmetr su alıb
Ötən ilin oktyabrından Özbəkistan Qazaxıstana 12,6 milyard kubmetr su göndərib. Bu, Qazaxıstanın cənub rayonlarının fermerlərinə əkin sahələrini suvarmaq üçün lazım olacaq.
Oktyabrdan aprel ayına qədər Özbəkistan Qazaxıstana əvvəlcədən nəzərdə tutulduğundan 1,7 milyard kubmetr çox su göndərib. Bu barədə Qazaxıstan Respublikasının Su Təsərrüfatı Naziri Nurjan Nurjigitov Səmərqənddə keçirilən forumda bildirib.
"Bu su Qazaxıstanın cənub bölgələrindəki fermerləri suvarma dövründə təmin etmək üçün istifadə olunacaq. Transsərhəd suların bölüşdürülməsi və idarə olunması bütün Mərkəzi Asiyanın su təhlükəsizliyi üçün vacibdir", - deyə rəsmi vurğulayıb.
O, ölkələri su qıtlığının qarşısını almaq üçün əməkdaşlığa çağırıb. Bundan əvvəl Qazaxıstan və Özbəkistan 2024-cü ilin oktyabrından 2025-ci ilin oktyabrına qədər Qazaxıstana 16 milyard kubmetrdən çox suyun göndərilməsi barədə razılığa gəliblər.
Əziz Mustafa , Oxuməni.az