İran Azərbaycanda ravvini öldürmək üçün Gürcüstandan killer tutub

İran Azərbaycanda ravvini öldürmək üçün Gürcüstandan killer tutub

14:47
Bəyəndim (3) Bəyənmədim (0)


İran hakimiyyəti Azərbaycanın yəhudi icmasının yüksək rütbəli üzvünü məhv etmək üçün Gürcüstandan qatil tutdu, lakin ölkənin xüsusi xidmət orqanları sui-qəsdin qarşısını aldı. Bu barədə “Washington Post” Qərb və Yaxın Şərqin təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazır.
Nəşrin yazdığına görə, ravvin Şneor Seqalın qətli 2025-ci ilin əvvəlinə planlaşdırılıb. Bunun üçün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “WP”-nin “gürcü narkotik alverçisi” adlandırdığı Aqil Aslanovu killer kimi işə götürüb. Qəzetin mənbələrinə görə, Aslanov ravvini öldürmək üçün SEPAH -dan olan şəxsdən “dəqiq göstəriş” alıb və bu iş üçün 200 min dollar istəyib.
Yanvarın ortalarında Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) terror aktının qarşısının alındığını elan edib. Daha sonra DTX-dan məlumat verilib ki, planda təhsil mərkəzinə hücum planı da var. Aslanov şəriki Ceyhun İsmayılovla birgə saxlanılıb.
Müttəhimlərin adları da daxil olmaqla, təfərrüatlar hələlik məlum deyil.
Ravvin Seqal “The Washington Post”a deyib ki, o, bu işdən yalnız medianın məlumatlarından xəbər tutub. O, Azərbaycanda özünü təhlükəsiz hiss etdiyini və “küçələrdə qorxmadan gəzdiyini” vurğulayıb.
Azərbaycanda baş verən hadisə İranın Gürcüstandan olan cinayətkar ünsürlərin köməyi ilə təşkil etdiyi növbəti sui-qəsd cəhdi idi.
Almaz Həsənli