Tramp ABŞ-ın idxal rüsumlarından gündə nə qədər dollar qazandığını açıqlayıb

Tramp ABŞ-ın idxal rüsumlarından gündə nə qədər dollar qazandığını açıqlayıb

11 Aprel 10:35
Bəyəndim (4) Bəyənmədim (0)


İdxal tarifləri tətbiq olunduqdan sonra ABŞ gündə təxminən 3,5 milyard dollar qazanır. “RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə bildirib.
O qeyd edib ki, Birləşmiş Ştatlarda işlərin necə getməsindən “çox məmnundur”.
“Rəqəm yəqin ki, gündə 3,5 milyard dollardır”, - Tramp ölkənin idxal rüsumlarından əldə etdiyi gəliri şərh edərkən deyib.
Ötən həftə ABŞ prezidenti 180-dən çox ölkəyə 10%-dən 50%-ə qədər “qarşılıqlı” rüsumlar tətbiq edən sərəncam imzalayıb. Xüsusilə, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün isə 20% təşkil edəcək. Rusiyaya qarşı heç bir rüsum qoyulmayıb.
Almaz Həsənli