
Somalilend aerodrom, liman müqabilində ABŞ-dan tanınmasını istəyir
Özünü müstəqil elan edən Somalilendın hakimiyyəti liman və uçuş zolağının icarəsi müqabilində ABŞ-dan öz dövlətçiliyinin tanınmasını almaq istəyir. Bu barədə “The New York Times” məlumat yayıb.
Təklif ölkənin bütün nominal ərazilərinə nəzarət etməyən Somalinin rəsmi orqanlarının Vaşinqtona analoji təklifi - nəzarətsiz Somalilend və Puntlend ərazilərindəki liman və aerodromların ABŞ-ın nəzarətinə verilməsindən sonra gəlib.
“İndi Somalilend prezident Trampla ABŞ-ın çoxdan gözlənilən dövlət statusu müqabilində liman və hava zolağı icarəyə götürməsini nəzərdə tutan saziş bağlamaq istəyir”, - nəşr yazır.
Nəşrin məlumatına görə, müzakirə olunan obyektlər Qırmızı dənizin Berbera şəhərindəki liman və 1970-ci illərin ortalarında SSRİ tərəfindən tikilmiş Berbera Beynəlxalq Hava Limanının uçuş-enmə zolağıdır. Təxminən 4,1 kilometr uzunluğunda olan zolaq Afrikanın ən uzun zolaqlarından biri hesab olunur.
Somalilend Yəməndə husilərin nəzarətində olan ərazilərə yaxın ərazidə yerləşir.
Almaz Həsənli