
İsveç Soyuq Müharibədən bəri ən böyük silahlanma planını açıqladı
İsveçin baş naziri Ulf Kristersson ölkənin yenidən silahlanması üçün genişmiqyaslı planın hazırlandığını açıqlayıb. Müdafiə xərclərinin 2030-cu ilə qədər 2%-dən 3,5%-ə qədər artırılması təklif edilir.
"Məqsədimiz NATO-nun Haaqa sammitində bu göstəricinin artırılmasına nail olmaqdır və biz bu istiqamətdə fəal işləyirik. Bu, Soyuq Müharibədən bəri İsveçin hərbi müdafiə sisteminin ən böyük silahlanması olacaq və təəssüf ki, tamamilə zəruridir", - cənab Kristersson sosial şəbəkədə X-də yazıb.
Baş nazir xatırladıb ki, İsveç hazırda NATO-nun bir hissəsidir və 32 müttəfiqdən 3-ü nüvə silahına malikdir. Cənab Kristerssonun fikrincə, bundan istifadə edilməməlidir, lakin digər dövlətlərin öz sərhədlərini və təhlükəsizliyini qorumaq imkanı olmalıdır.
O, ABŞ-Çin ticarət müharibəsinə də münasibət bildirib. Kristersson deyib ki, tətbiq edilən məhdudiyyətlər Çindən ixracın azalmasına səbəb ola və Avropa bazarlarına güclü təsir göstərə bilər. Bununla belə, onun sözlərinə görə, bu, Latın Amerikası və Hindistanla ticarətin artmasına səbəb olacaq.
Martın 19-da Avropa Komissiyası Aİ-nin müdafiəsinə dair Ağ Kitab nəşr etdi. Plan beş bənddən ibarətdir və “yaxın illərdə” 28 müttəfiq ölkənin müdafiəsi üçün 800 milyard avroya qədər vəsaitin ayrılmasını təklif edir. Bu məbləğə üzv dövlətlərə müdafiə və təhlükəsizlik sahəsində birgə satınalmalara xərclənəcək 150 milyard avroluq yeni kredit daxildir.
Əziz Mustafa, Oxuməni.az